Teleqraf.com xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.
Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.
Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.