22 İyul 2014 10:25
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunun mərkəzində yerləşən bazarda cibgirlik edən keçmiş məhkum tutulub.

Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayonun mərəzində yerləşən bazarda Gülsurə Mayılovaya məxus içərisində 150 manatı olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Cəlil Səmədov tutulub.


Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Biləsuvar şəhər sakini Dilbər Alşovanın cibindən 70 manat oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: