Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlanması barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Quliyev yaxalanıb. Məlum olub ki, Fikrət Quliyev oğurluq hadisəsini bir yeniyetmənin vasitəsi ilə törədib.
Bildirilir ki, Fikrət Quliyev əvvəlcə adı açıqlanmayan yeniyetməni həmin evə göndərib. Yeniyetmə evi yoxlayıb və orada heç kimin olmadığını deyib.
Bundan sonra onlar evə giriblər. Oğrular evi alt-üst eləsələr də, nə pul tapa bilməyiblər. Evdə olan 3 dədə noutbuku götərək aradan çıxıblar.
Faktla bağlı cinayət işi başlanıb.