Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Miryusif Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub.
Bildirilib ki, Miryusif Mahmudovun səhhətində problem yaranıb.
Bu səbəbdən növbəti proses 14-nə sentyabrın təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4, Uğur Bəşirov 5, Qəzənfər Novruzov 4, Ədalət Rəcəbov 4, Nizami Orucov 3 il 6 aymüddətinə azadlıqdan məhrum edilib.
Ağacavad Məmmədov və Akif Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkim etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.
Hökmdə qeyd olunub ki, yanğın zamanı dövlətə 8 milyon 750 min manat ziyan dəyib. Cinayət işi üzrə 3 nəfərin verdiyi mülki iddia baxılmamış saxlanılıb. Onlara izah edilib ki, yerli məhkəməyə mülki qaydada müraciət edə bilərlər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
2015-ci ilin mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.