31 İyul 2017 19:02
551

Gəncə şəhərində oğurluqla məşğul olan dəstə üzvlərinin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

Onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları müəyyən edilib.


Müəllif: Hacı Zeynalov