Teleqraf.com xəbər verir ki, özünü “vorzakon” kimi təqdim edən şəxs sosial şəbəkədə müğənninin şəxsi mesaj qutusuna yazaraq hədə-qorxu gəlib.
Rəqsanə “Bakılı_karinoy” adlı profilin şəklini və mesajını paylaşaraq yazıb:
“Bizim mesaj qutumuza gələn ismarışa baxın. Hansısa “razborşik”dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir.
Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdə götürəcəklər. Baxın görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır.
Qadına yazır ki, pul ver! Biabırçılıqdır. Belə insanlara nə demək, nə etmək lazımdır? Polisdən qorxan belə alçaqlıq edər? Ayıb olsun! Nə deyim, müğənnilər elə sizin üçün qazanırmış... Yaxşı oğlansan, canın çıxsın, get qazan.
Azərbaycan dövlətində özbaşınalıq yoxdur. Sənin kimi onun-bunun qazancını tələb edənlər həbsxanada oturur.
Əziz müğənnilər, kimə belə yazı gəlibsə, payını versin. Şükür ki, qanuni ölkədə yaşayırıq. Allah vurmuşdu səni... "Qədeş"… Ləqəbə bax hələ sən…"