22 İyul 2014 11:27
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə 42 yaşlı qanuni oğru Ramaz Çikoridze həbs olunub.


Alınan məlumata görə, “Ramaz Baqdadski” ləqəbilə tanınan Çikoridze Ukraynaya qeyri-qanuni gəlib. 2011-ci ilin dekabrından etibarən Çikoridzenin 5 il ərzində Ukraynaya daxil olması yasaqlanıb.

Buna baxmayaraq, o, 2014-cü ilin fefralından indiyədək Ukraynada olub. Məlumatlara görə, qanuni oğru Ukraynada avtomobil və ev oğurluqları ilə məşğul olan kriminal qruplaşmaları öz nəzarəti altına alıb.

Yaxın günlərdə isə oğru “sxodka”sı (toplantı) keçirmək fikrində imiş.

/publika.az/


Müəllif: