Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşya və 15 ədəd qızıl diş olan protezi oğurlanması barədə 29-cu Polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı sakinləri 2 yeniyetmə saxlanılıb.