Bakının Xətai rayonunda silahlı şəxs tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Şükürov küçəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əflatun Salmanovdan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron görürülüb. Əflatun Salmanov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov