3 Avqust 2017 14:33
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda və polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il doğumlu Əhmədyar Məhərərmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədriyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Əli Həsənov 14 il 6 ay, Əhmədyar Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Əli Həsənovun 16 il, Əhmədyar Məhərrəmov 4 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib.

1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içəri girib. Ona deyiblər ki, otaqdan çıx. Bu zaman mübahisə baş verib.

Əhmədyar Məhərrəmov çıxıb, Namiq Abdullayev onun arxasınca qaçıb. Onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.

Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər