22 İyul 2014 13:12
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda mağazadan oğurluq olub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 19-da Yeni Günəşli qəsəbəsində yaşayan Həsən Mailova məxsus, həmin yaşayış sahəsində yerləşən marketdən ərzaq malları oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yardımlı rayon sakini 1996-cı il təvəllüdlü Tahir Abbasov iyunun 20-də, cinayətin daha bir iştirakçısı Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Ramil Quliyev iyunun 30-da və oğurluqda şübhəli bilinən növbəti şəxs, 1996-cı il təvəllüdlü İrşad Yaqubov iyulun 21-də tutulub.

Hacı Zeynalov


Müəllif: