22 İyul 2014 14:05
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl və Tovuzda kafelərdə əxlaqsızlıq yuvası aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam Nəcəfovun gəlir əldə etmək məqsədi ilə Göygöl rayonu Hacıkənd kəndinin ərazisində yerləşən “Nihat” kafesində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini İlqar Namazovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Tovuz şəhərinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi aşkar olunub.

Hacı Zeynalov


Müəllif: