22 İyul 2014 14:08
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağcabədi rayon sakinləri Natiq İsmayılovun idarə etdiyi “VAZ-21074” markalı və Əli Rəfiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə N.İsmayılovun sərnişini Ağcabədi şəhər sakini Sadiq Seyidov hadisə yerində ölüb, Ə.Rəfiyev və sərnişinləri Elza Rəfiyeva və Şəkurə Rəfiyeva xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: