Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən civə aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən məlumat verilib.
Sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində iyulun 19-da Samux rayonun Qarabağlı kəndi ərazisində şüşə qabın içərisində ümumi çəkisi 2365 qram olan civə aşkar edilib.
Hadisə ilə əlaqədar olaraq, dərhal yerli əhalinin təhlükəsizliyi təmin olunub.
Faktla bağlı müvafiq tədbirlər görülür.
/APA/