17 Avqust 2017 14:27
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Alkanar şəhərində (Kataloniyanın Tarraqon əyaləti) narkolaboratoriyada baş verən partlayış nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində bina tamamilə dağılıb. Hadisə zamanı binada iki nəfər olub. Onlardan biri həlak olub, digəri ciddi zədə alıb. Yüngül xəsarət alan 6 nəfər isə qonşu binaların sakinləridir. Yaralılar arasında Fransa, İtaliya, Mərakeş və İspaniya vətəndaşları var.

​Partlayışın təsirindən ətrafdakı 12 ev ziyan çəkib. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.


Müəllif: Nahid

Oxşar xəbərlər