Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib.
Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məhərrəmov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.