Bakının Nəsimi rayonu ərazisində soyğunçuluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs “Leksus” markalı avtomobilin sahibinin 3400 manat pulunu güclə alıb.
Zərərçəkmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib. Bildirib ki, yolun kənarında maşını saxlayan zaman naməlum şəxs ona yaxınlaşıb, maşınındakı pulunu götürərək qaçıb.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.