23 İyul 2014 15:10
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 1-ci yarımilliyində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12231 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə +1302 və ya +11,9%) cinayət qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.

Məlumata görə, onların 92 %-i və ya 11226-ı daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən (3516) və az ağır (6275), yalnız 12,8%-ni (1435) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Qeydə alınmış cinayətlərin strukturunda 2220-i (2013-cü ilin 1-ci yarımilliyi ilə müqayisədə 147 və ya 7,1% çox) şəxsiyyət əleyhinə, 4925-i (+912; +22,7%) iqtisadi sahədə törədilən, onlardan 4859-u (+913; +23,1%) mülkiyyət əleyhinə, 3690-ı (+63;+1,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 391-i (+56; +16,7%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması da yüksək olmaqla 80,1% təşkil edib. Bu mühüm sahədə əsas səylər - zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasına yönəlib.

Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+2,8%) 71 faizə yüksəlib.

Həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın bir çox şəhər, rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub.

Bütovlükdə isə, bu nov cinayətlərin strukturunda şəxsiiyət əleyhinə olanlar 5,4%(-24, 443-419), o cümlədən qəsdən adam öldürmələr 13,8%(-15, 109-94), qəsdən sağlamlığa zərər vurmalar 5,7% azalıb(-11, 194-183).

Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13%(812-707), mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62%(7-13), qrup halında cinayətlər 8% (1039-1130) və yetkinlik yaşına çatmayanların cinayətləri 2,5%(347-356)azalıb.

Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 565 (+23,1%;3012-2447), dələduzluq cinayətləri 250 (+24,3%; 1280-1030), soyğunçuluqlar 20(+19,4%; 123-103), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 12 (+8,4%; 155-143) fakt artıb.

Hacı Zeynalov


Müəllif: