Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Cavadxan küçəsində 1985-ci il təvəllüdlü Əhməd Məmmədov naməlum şəraitdə bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daha bir bıçaqlanma paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakı şəhər sakinləri – 1990-cı il təvəllüdlü Tural Səfərzadə və 1975-ci il təvəllüdlü İslam Rəşidov naməlum şəraitdə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.