Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
R. Vəliyev barəsində seçilən başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib, o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında Qobustan ərazisində baş verib. R. Vəliyevin idarə etdiyi "Ford-Tranzir" markalı avtomobillə Əmir Cəbrayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə sərnişin Mahmud Adıgözəlov hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.