28 Avqust 2017 18:17
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevin barəsində seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verilib.

Teleqraf.com xəbər verir ki, Mehman Əliyevin şikayəti Bakı Apelyasiya Məhkəməsinə daxil olub.
Şikayətə avqustun 30-da baxılacaq.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində 3 ay müddətinə qətimkan tədbiri seçilib.

Mehman Əliyev Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər