Bakının Nərimanov rayonunda Fətəli Xan Xoyski küçəsində 1988-ci il təvəllüdlü Fərid Ağacanlı bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, o, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün yaralının həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Fərid Ağacanlı həmin küçədə yerləşən aptekin qarşısında daşın üstünə əyləşib. Bu zaman ora gələn naməlum şəxs yüksək tonla danışıb. Onun hündürdən söyüş söyməsi Fərid Ağacanlının xoşuna gəlməyib.
Buna görə də Fərid tanımadığı şəxsə iradını bildirib. O, Fərid Ağacanlını da söyüb. Onların arasında yaranan mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Fərid Ağacanlını bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.