23 İyul 2014 17:00
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycan vətəndaşları – Ağamir Ağamirov və Hafiz Vəliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham ediliblər. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Ağamir Ağamirov və Hafiz Vəliyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iyulun 31-də davam edəcək.

Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “Sepah”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: