31 Avqust 2017 15:16
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənimsəmədə ittiham olunan şirkət əməkdaşı Elvin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elvin Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Elvin Həsənov “Mazarina” MMC-də satış meniceri vəzifəsində çalışıb. O, şirkətin 17 min manatını mənimsəyib.

Məhkəmə dövrübdə dəymiş zərər ödənilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər