4 Sentyabr 2017 16:22
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda təqsirləndirilən Xalidə Bəkirova, Gülşən Bəkirova və Zoya Nadirovanın barələrində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, üç qadın yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilindikləri üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumata görə, onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Z.Nadirova, X.Bəkirova və G.Bəkirova Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar. Z.Nadirova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl uşaq doğub. Həmin körpəni məhkəmə keçirilən zala Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Bəkirova 8 il 6 ay, G.Bəkirova 8 il müddətinə azadlıqdan məhrum edilib. Z.Nadirova isə 3 min manat məbləğində cərimə olunub. Hökmdən narazı qalan məhkum qadınlar apelyasiya şikayəti verib. Onların şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər