24 İyul 2014 09:30
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Masallı rayonunda yanğın baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qəriblər kəndində qeydə alınıb.

Belə ki, gecə saatlarında kəndin kitabxanası yanıb. Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli kitabxana və içərisində olan kitablar yanaraq külə dönüb.

Hadisə yerinə yanğınsöndürən çağırılıb.

Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: