“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Əziz Orucov və müdafiçisi Cavad Cavadlı işlə tanış olmağa başlayıb.
Xatırladaq ki, tanış olma mərhələsi başa çatdıqdan sonra iş məhkəməyə göndəriləcək.
Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılıb.