Bakının Xəzər rayonunda rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Şüvəlan qəsəbəsində Əfqan Ağayev arvadı Lalə Ağayevanın boğaz nahiyəsini bıçaqla kəsib.
Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Lalə Ağayeva bir gün əvvəl əri ilə dalaşıb və öz ata evinə gedib. Əfqan da barışmaq üçün onun evinə yollanıb. Amma Lalə əri ilə qayıtmayacağını, ondan boşanacağını bildirib.
Bu zaman ər-arvad arasında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
Hadisəni törədən Əfqan Ağayev həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.