Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayonun 5-ci massiv adlanan ərazisində 1988-ci il təvəllüdlü Telman Səmədov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardın göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Telman Səmədovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Həmin ərazidə bir nəfər naməlum şəxs ucadan söyüş söyüb. Telman isə buna iradını bildirib. Bu zaman həmin şəxs Telmana 7 bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.