7 Sentyabr 2017 11:12
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayonun Şovu kənd sakini Rəşad Nüsrətov qardaşının həyat yoldaşı, 25 yaşlı Bahar Məmmədovanı bıçaqalayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan bahar Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Rəşad Nüsrətov həbs edilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bahar Məmmədovanın əri Rusiyaya işləməyə gedib. Kənddə tək qalan Bahar isə başqa bir kişi ilə münasibət qurub.

Bundan xəbər tutan Rəşad isə onu bıçaqlayaraq öldürmək istəyib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər