Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, üzərində "Çyornaya smert" yazısı olan 300 qutu (hər birində 10 ədəd olmaqla) pirotexniki vasitə aşkar olunub.