Bakının Nərimanov rayonunda oğurluq hadisəsi törədən dəstənin daha bir üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov və Abşeron rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini Elçin Həsənov tutulub.
Dəstə üzvləri bu ilin avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510.000 manat oğurlayıblar.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.