8 Sentyabr 2017 11:07
4 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Azadlıq prospektində naməlum şəxs 42 yaşlı Ellada Əlizadənin dilini, dodağını kəsib və boğaz nahiyəsinə xəsarət yetirib.

Daha sonra həmin şəxs 1967-ci il təvəllüdlü Cələb Cələbovu da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin hansıs səbəbdən və kimin tərəfindən baş verdiyi məlum deyil. Hər iki yaralı koma vəziyyətində olduqları üçün onları dindirmək mümkün olmayıb.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər