Bakının Sabunçu rayonunda silahlı insident törədən şəxs polisə təslim olub.
Teleqraf.com xəbər verir ki, Balaxanı qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.
Sentyabrın 7-də Etibar Məhərrəmovun həmyerlisi Mikayıl Dəmirli 12-ci polis bölməsinə gələrək münaqişə zəminində Etibarı güllələdiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.