8 Sentyabr 2017 14:19
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim Pişyari hüquq mühafizə orqanlarına müraciət edib.

Bu barədə Teleqraf.com-a müğənninin vəkili Gülşən Salmanova bildirib.

Vəkil deyib ki, həkim səhlənkarlığı nəticəsində müvəkkilinə maddi və mənəvi zərər dəyib. Onun sözlərinə görə, bununla bağlı Baş Prorkurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edəcəklər:

“Artıq sənədlər hazırlanır. Nazim Pişyari ilk dəfə “Elmed” klinikasında cərrah Elman Ezimov tərəfindən əməliyyat olunub".

Vəkil qeyd edib ki, əməliyyatdan sonra Nazimin səhhətindəki problemler azalmayıb, əksinə daha kəskinləşib:

“Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Həkim səhlənkarlığı və qeyri-peşəkarlığının qurbanı olan müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər