Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Xəqani küçəsində Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalov və Elxan Süleymanovla mübahisə edib.
Mübahisə zamanı Məcid Güləliyev Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.
Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Məcid Güləliyev tutulub. İstintaq araşdırması zamanı Məcid Güləliyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Hadisənin pul borcu üstündə yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.