24 İyul 2014 12:39
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda “Poker” kart-qumar oyunlarının təşkil etməsi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən “Arena City” restoranında, Lerik rayon sakini Vaqif Şamilovun “Poker” kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 2 ədəd “Poker” oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: