Bakının Nərimanov rayonunda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, rayonun Aşıq Alı küçəsi, 22 ünvanında yaşayan Vüqar Məmmədovun evindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı cinayət işi başlanıb.