24 İyul 2014 12:45
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində dəhşətli hadisə baş verib.

Teleqraf.com-un xəbərinə görə, Sumqayıt şəhəri ərazisində Zahid Quliyevin yaşadığı evdə yanğın baş verib.

Yataq xəstəsi olan Zahid Quliyev yanğın nəticəsində çarpayıdan hərəkət edə bilməyib. O, yanıq xəsarəti alıb. Qonşuların köməkliyi ilə Zahid Quliyev yanğın baş verən evdən çıxıb. O, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, yanğın zamanı Zahid Quliyevi xilas etmək istəyən həyat yoldaşı Xasiyyədə yanıq xəsarəti alıb. O, da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: