12 Sentyabr 2017 10:31
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhərin Nəsimi Allahverdiyev küçəsində 56 yaşlı Mail Həsənzadə naməlum şəraitdə bıçaqlanıb.

Evinin yanında bıçaqlanan Mail Həsənzadə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Naməlum şəxs ona 2 bıçaq xəsarəti yetirib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda polis cinayəti törədinin tutulması üçün tədbirlər görür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər