14 Sentyabr 2017 13:54
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Əli Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Əli Novruzovun 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əli Novruzov Bakıda yerləşən mənzillərə girərək oğurluq edib. O, zərərçəkmiş şəxslərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər