15 Sentyabr 2017 14:18
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərini öldürən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi Qnyaz Babayev vəsatətlə çıxış edib.

O, cinayət işinin istintaqa qaytarılmasını istəyib. Qeyd edib ki, Gülər Mirzəyeva onun oğlu Şəmsi Babayevi tək öldürməyib.

Yeganə övladının qətlə yetirildiyini deyən hüquqi varis bildirib ki, təqsirləndirilən şəxs barəsində cəza ağırlaşdırılmalı, cinayətin digər iştirakçıları da müəyyən edilərək həbs edilməlidir.

Vəsatətin növbəti məhkəmə iclasında müzakirə ediləcəyi açıqlanıb.N övbəti iclas sentyabrın 22-də davam edəcək.

Məhkəmədən çıxan zaman zərərçəkmişin və təqsirləndirilənin yaxınları arasında mübahisə yaranıb. Qohumların mübahisəsi əlbəyaxa davaya çevrilib.

Məhkəmə nəzarətçiləri və Penitensiar xidmətin əməkdaşları davanın qarşısı alıblar. Hər iki tərəf məhkəmənin ayrı-ayrı qapılardan yola salınıb.

İttihama görə, 2016-cı il noyabrın 7-də Maştağa qəsəbəsində Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə mübahisə edib. Mübahisə zamanı qadın ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra Gülər Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gülər Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

Məlum olub ki, ali təhsilli olan Gülər Mirzəyeva Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Onun mərhum əri Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər