19 Sentyabr 2017 13:24
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Şəhriyar Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şəhriyar Şükürovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub.

Zamində olan Şəhriyar Şükürov məhkəmə zalından həbs edilib.

İttihama görə, Şəhriyar Şükürov Bakıda qonşusuna qarşı külli miqdarda dələduzluq edib. O, qonşusunu polisə düzəltmək vədi verib.

Şəhriyar Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər