25 İyul 2014 10:32
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Lökbatan qəsəbəsində, Bakı şəhər sakini Ramin Mehdiyev özünü asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerinə rayon prokurorluq və polis idarəsinin əməkdaşları gəlib.

İntiharın səbəbləri araşdırılır.

Hacı Zeynalov


Müəllif: