Bakının Yasamal rayonunda oğurluq hadisəsi törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxs Vüsal Səmədovdur.
Onun cari ilin fevral-iyul ayları ərzində rayon ərazisində 3 mağazadan və 1 avtomobildən pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurladığı müəyyən edilib.