21 Sentyabr 2017 18:32
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində “Ucuzluq” ticarət mərkəzindən1500 manat dəyərində geyim paltarları oğurlanıb.

Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən oğurluğu törədən Qazaxıstanda anadan olmuş 1984-cü il təvəllüdlü Kazbek Bulekbayev yaxalanıb.

Goranboy rayonunda yaşayan Kazbek Bulekbayevin heç bir yerdə işləmədiyi, oğurluq əşyaları satmaqla dolandığı məlum olub.

O, əvvəllər də oğurluq üstündə bir neçə dəfə məhkum olunub. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov