Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Yardımlı rayon sakini Orxan Qəhrəmanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsinşikayəti üzrə qərar elan edilib.
Orxan Qəhrəmalının apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Orxan Qəhrəmalının cəzasını 5 ilə endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Qəhrəmanlı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti vermiş, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdi.
İttihama görə, ötən il avqustun 12-də saat 16 radələrində Sumqayıt şəhərində Orxan Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub.
Nəticədə sürücü və sərnişin Hüseyn Əsgərov xəstəxanaya yerləşdiriliblər, Hüseyn Əsgərov orada ölüb.
İstintaq araşdırması zamanı məlum olub ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Orxan Qəhrəmanlı günahkar olub. Qəza sürət həddinin aşılması nəticəsində baş verib.