11:27
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Elçin Quliyev və digərlərinin məhkəməsi başlayıb.
Jurnalistlər heç bir səbəb göstərilmədən prosesə buraxılmayıblar.
Prosesdə MTN-in sərəncamda olan bir neçə generalın ifadə verəcəyi gözlənilir.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-in keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə veib. O, Azərsu ASC-də iqtisadçı işləmiş Mətləb Mustafayevin qanunsuz həbs ediıməsi epizodu üzrə danışıb.
Bildirib ki, Mətləb Mistafayev həbs olunandan sonra onunla üç dəfə görüşüb: "Antiterror Mərkəzin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində "Poliqraf" aparatı ilə əməliyyat aparmışıq. Bu, həmin şəxsin düzgün danşıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatlatda İlqar Əliyevin özü də iştirak edib".
Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb: "Həmin görüşlərdə iki-üç saat ərzində 80 sual verilib, onların heç biri tapança ilə bağlı olmayıb. Suallar çaşdırıcı idi. Tapançanı haradan, neçəyə almağım barədə isə mənə heç bir sual verilməyib".
Prokuror Elçin Quliyevdən soruşub ki, "Poliqraf" aparatının istifadəsinə razılıq olub? Elçin Quliyev cavab verib ki, həmin aparatdan bütün dünyada istifadə edilir və heç bir təhlükəsi yoxdur: "Həmin aparatdan istifadə barədə şəxsin özünün də razılığı olub".
Mətləb Mustafayev isə generalın yalan danışdığını, həmin aparatla üzərində əməliyyat aparat aparılması üçün heç bir yazılı və ya şifahi razılıq vermədiyini deyib.
Daha sonra Monitoqinq Mərkəzinin əməkdaşı Təranə xanım ifadə verib. O bildirib ki, telefon danışıqlarının dinlənilməsigöstərişini nazir Eldar Mahmudov verib. Onun sözlərinə görə, nazirin göstərişi, Natavan Mürvətovanın dərkənarı ilə şəxs və şəxslərin telefonlarını dinləyiblər: "Telefonların dinlənilməsi üçün bizə məhkəmə qərarı təqdim edilməyib".
Daha sonra prokuror Mahirə Süleymanovanın məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib.
İddia olunur ki, Mahirə Süleymanov Elçin Quliyevin tanışı olub.
Elçin Quliuev isə Mahirə Süleymanovaya himayədarlıq etmədiyini deyib.
Məhkəmə vəsatəti təmin edib. Növbəti proses sentyabrın 25-də davam edəcək.