Bərdə rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 21-də saat 6 radələrində 4 naməlum şəxs rayon sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girib.
Onlar Orxan Kərimovu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu, 2 mobil telefon aparıblar.
Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törədən Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinlər Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılıblar.
Şirxan İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilib.
İstintaq araşdırması zamanı məlum olub ki, dəstə üzvləri Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov əvvəllər məhkum olunub.
Faktla əlaqədar cinayət işi başlanıb.