25 İyul 2014 12:31
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda axtarışda olan iki nəfər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1955-ci il təvəllüdlü Vasif Hüseynov tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.


Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Ariz Hacıyev tutulub.

Hacı Zeynalov


Müəllif: